Yeznə baldızını döyüb zorladı

Yeznə baldızını döyüb zorladı

Şimali Kipr Türk Respublikasında qalmaqallı hadisə yaşanıb.

Türkiyə mətbuatının yazdığına görə, yeznə baldızını döyərək zorlayıb.

Bildirilir ki, hadisəni Nikosiya (Lefkoşa) şəhərində yaşayan Türkmənistan vətəndaşı Aramurat Orunov törədib. O, həyat yoldaşı işə getdikdən sonra 26 yaşlı baldızını (R.Y.) döyərək zorlayıb.

Təcavüzə məruz qalan baldızın polisə şikayət etməsindən sonra A. Orunov saxlanılıb. Suçunu etiraf edən yeznənin “Şeytan məni yoldan çıxartdı” deməsinə baxmayaraq, o həbs olunub.


loading...