Sərnişin avtobusu aşdı: Yaralılar var

Sərnişin avtobusu aşdı: Yaralılar var

Bakı-Şamaxı-Yevlax avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

XƏBƏRÇİ.AZ APA-ya istinadən bildirir ki, bu gün saat 09:00 radələrində magistral yolun Şamaxının Mirikənd kəndi ərazisindən keçən hissəsində "Ford” markalı mikroavtobusu aşıb, 10-a yaxın sərnişinin xəsarət aldığı bildirilir.

  Xəsarət alanlar təcili yardım stansiyasının avtomobilləri ilə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılır.


Hadisə barədə əlavə məlumat veriləcək.


loading...