Bakıda baş verən güclü yanğınla bağlı rəsmi açıqlama - VİDEO

Bakıda baş verən güclü yanğınla bağlı rəsmi açıqlama - VİDEO

Bakıda Yasamal rayonu ərazisində yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyi Bakının mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.

Xəbərdə bildirilir ki, Bakının Yasamal rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub.

İlkin məlumata görə, təxminən 2 ha sahədə quru ot və məişət tullantıları yanıb.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.


loading...