Bakıda binada yanğın olub - zərərçəkən var

Bakıda binada yanğın olub - zərərçəkən var

Bakı şəhəri, Sabunçu rayonu Yavər Əliyev küçəsində yerləşən çoxmərtəbəli binada baş verən yanğınla bağlı hadisə yerinə Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının beş briqadası cəlb edilib.

XƏBƏRÇİ.AZ bildirir ki, bu barədə APA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib.

Onun sözlərinə görə, isterik reaksiya ilə bağlı yerində dörd nəfərə ilkin tibbi yardım göstərilib.

S. Əhmədova qeyd edib ki, bir nəfər tüstüdən zərər çəkib, həmin şəxs Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə yerləşdirilib.


loading...