İbrahimbəyovun başı, Kardaşyanın ombası... - Mir Şahin Ağayev - VİDEO

İbrahimbəyovun başı, Kardaşyanın ombası... - Mir Şahin Ağayev - VİDEO

Dediyim budur ki, bütün bu məsələlər Azərbaycanın məşhur ssenaristi Rüstəm İbrahimbəyovun "Qafqaz triosu” filminin işıq üzü görməsi, daha doğrusu bu dəfə bizim filmin qaranlıq üzünü görməyimizlə eyni vaxta düşdü.

XƏBƏRÇİ.AZ BiG.AZ - a istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Mir Şahin bildirib. Jurnalist "Mir Şahinin vaxtı" verilişində maraqlı məqamlara toxunub.

Əlbəttə, 2015-ci ildə çəkilmiş və ilk nümayişindən sonra Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin Rusiyadan tələbi nəticəsində ekranlardan dərhal yığışdırılmış bu filmin məhz indi müzakirəyə çıxarılması ayrıca sualdır və yəqin ki tutarlı cavabı var. Bu barədə sonra danışacağıq. Amma bir məsələ də var ki, belə bir film doğrudan çəkilib. Zəifdi, ya güclü, səviyyəlidi ya səviyyəsiz, keyfiyyətlidi, ya keyfiyyətsiz, bu artıq təfərrüatdır.
 

 

Və sonra yenə aldanmışıq...

Rüstəm İbrahimbəyovun çəkisində olan erməni tanınmışlar Şarl Aznavurlaşır, əlini Ermənistandan, Qarabağdan çəkmir. Pulu çatmayanda səsi, səsi yetməyəndə pulu ilə ermənilərə həyan olur. Azərbaycanın Rüstəm İbrahimbəyovu isə Kim Qardaşyan qədər də ola bilmir. Və ya Kim Qardaşyanın ombası Ermənistana daha çox işləyir. Nəinki Rüstəm İbrahimbəyovun başı Azərbaycana. Baxmayaraq ki, hər ikisi tanınmışdır.

Yaraşmırlar bir-birinə. Heç yaraşmırlar. Mən yaraşdırmıram.

Gərək görkəmli sənətkarımız özü də yaraşdırmasın. Baxıb görsün ki, kimdi axi kim, qardaşyan!


loading...