Ata qızlarına təcavüz etdi

Ata qızlarına təcavüz etdi

Türkiyədə dəhşətli hadisə baş verib.

XƏBƏRÇİ.AZ bildirir ki, Konyaaltı bölgəsində yerləşən bir binada gözətçi işləyən 36 yaşlı Ali İhsan Ç. adlı şəxs iki qızına təcavüz edib.

Hadisə qızlardan birinin olanları məktəbdə müəlliməsinə danışması nəticəsində ortaya çıxıb. 13 yaşlı E.Ç. müəlliməsinə atasının özünü və 16 yaşlı bacısını illərdir cinsi istismar etdiyi barədə hər şeyi deyib.

Müəllimə aldığı məlumatlardan sonra vəziyyət barədə polisə şikayət edib. Polis əməkdaşları Ali İhsanı elə binanın girişində həbs ediblər. Polis mərkəzi psixoloq müşayiəti altında qızlardan ifadə alıb. Alınan məlumatlardan sonra məhkəməyə çıxarılan A. İhsan uşaqlarına qarşı zorakılıq əməlləri törətdiyi üçün həbs edilib.

İki qız dövlət qoruması altına alınıb. Ana N.Ç. digər iki uşağı ilə birlikdə öz ailəsinin yanına gedib.


loading...