Keçmiş gözəllik kraliçası“Quran-i Kərim”dən məhkəməyə şikayət edəcək

Keçmiş gözəllik kraliçası“Quran-i Kərim”dən məhkəməyə şikayət edəcək

Belçikanın keçmiş gözəllik kraliçası və vəkili olan Van dermeeç, “De Zondag” qəzetinə verdiyi açıqlamada Quranın “Avropa İnsan Haqları Sazişi”nə uyğun olmadığını deyib.

O, müqəddəs kitabda şiddətə çağırış olduğunu bildirib. Senator “Quranın yaratdığı təhlükə ilə bağlı İnsan Haqları Məhkəməsinə şikayət edəcəm” ifadələrini səsləndirib.

Lakin Van dermeeç Quranın qadağan olunmasını deyil, sadəcə sazişə görə yenidən baxılmasını istəyəcəyini deyib. İslam dini ilə xüsusi bir probleminin olmadığını deyən senator “Quranda qadına qarşı şiddət və ayrıseçkilik var” deyə bildirib.

Bununla yanaşı o, 18 yaşından aşağı qadınların hicab taxmasının da qadağan olunmasını istəyib.


loading...