Sürücünü döyüb, paltarını cırdılar - avtobusda dava - FOTO

Sürücünü döyüb, paltarını cırdılar - avtobusda dava - FOTO

Bakıda ictimai nəqliyyatda daha bir hadisə baş verib.

XƏBƏRÇİ.AZ femida.az-a istinadən xəbər verir ki, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində baş verib. Qeyd olunan küçədə hərəkət edən 18 saylı marşurutun sürücüsü ilə digər minik avtomobilinin sürücüsü arasında mübahisə yaranıb. Mübahisə sonda əlbəyaxa dava ilə nəticələnib. Minik avtomobilinin sürücüləri avtobus sürücüsünü döyüblər. Sərnişinlərin müdaxiləsindən sonra hələlik şəxsiyyəti məlum olmayan şəxslər ərazidən uzaqlaşıb.


loading...