Polis rəisi rüşvətlə tutuldu - Şalvarının balağından pul çıxdı - VİDEO

Polis rəisi rüşvətlə tutuldu - Şalvarının balağından pul çıxdı - VİDEO

Dünyanın bəzi ölkələrində polis rəisləri çox rahat rüşvət alır. Onların ağlına da gəlmir ki, xüsusitəyinatlılar onların qoluna qandal taxa bilər. Bunu əhali də bilir. Deyirlər, o tək yemir, yuxarılara da yedirdir! Əksər ölkələrdə isə nəinki polis rəisi, hətta ölkə başçısı rüşvət almaqdan qorxur. Qanun hakim olan ölkələrdə bundan qorxmayan məmur Aleksey Boştavoyun gününə düşür. Nijneqorodsk vilayətində (RF) Voskresensk rayon polis şöbəsinin rəisi nəinki rüşvət alıb, hətta xüsusi təyinatlılara müqavimət göstərib. Bu zaman onun şalvarının balağından qalaq-qalaq pul tökülüb. Rəis deyir ki, o rüşvət götürməyib, yerli biznesmendən borc alıb.


loading...