Oteldə dəhşətli yanğın - İki qadın özünü aşağı atdı

Oteldə dəhşətli yanğın - İki qadın özünü aşağı atdı

Yanğın mobil telefonun batareyası ucbatından baş verib.

Xeberci.az xəbər verir ki, İzmirin Basmane səmtində yerləşən, Məmməd Zəki İşığa aid, ilk 3 mərtəbəsi təmirdə olan, ümumi 71 otaqlı "Əlican" otelin 5-ci mərtəbəsindəki otaqda qalan müştərilərdən Muxtar Sipahinin mobil telefonunun batareyasının partlaması nəticəsində yanğın baş verib. Oteldən çıxan alovu görənlər vəziyyəti yanğınsöndürmə briqadalarına bildiriblər. Alovun bir anda bürüdüyü oteldə qalan qadınlardan ikisi özlərini 6-cı mərtəbədən aşağı atıblar. Avtomobilin üzərinə düşən qadınlardan biri ağır yaralanarkən, digəri yüngül zədə ilə xilas olub. Oteldə qalan 2 nəfər də tüstüdən əziyyət çəkdikləri üçün xəstəxanaya çatdırılıb.

Hadisə ilə bağlı istintaq işi davam edir.


loading...