Azərbaycanda “2 ay ömrün qalıb” deyilən xəstəyə, Türkiyədə çarə tapıldı

Azərbaycanda “2 ay ömrün qalıb” deyilən xəstəyə,  Türkiyədə çarə tapıldı

İki ay ömrü qaldığı deyilən azərbaycanlı qadın türk həkimlərində şəfa tapıb.

Xeberci.az  xəbər verir ki, Azərbaycanda həkimlərin ürək əməliyyatını riskli gördüyü və iki ay ömür verdikləri 50 yaşlı Vəliyevaya Türkiyədə uğurlu bypass əməliyyatı olunub. Ərzincan Məngücək Gazi Tədris və Araşdırma Xəstəxanasında “ürək damar cərrahı” bölümündə edilən hazırlıqları öyrənən Vəliyeva xəstəxana ilə əlaqə yaradıb. Ürək damar cərrahı həkim Oruc Alp Onk ilə görüşdükdən sonra müalicə almağa qərar verən Vəliyeva əməliyyat üçün Ərzincana gedib. Vəliyeva ürəyindəki üç damarına edilən bypass əməliyyatından sonra yenidən sağlamlığına qovuşub.

Vəliyeva açıqlamasında Türkiyədəki tanışları vasitəsilə xəstəxana ilə əlaqə yaratdığını söyləyib. Ölkəsindəki həkimlərin əməliyyatının riskli olduğunu və iki ay ömrü qaldığı deyilən Vəliyava belə deyib: “Türkiyədə tanışlarımız vasitəsilə çəkilən anjunu Ərzincanda ürək damar cərrahına göstərdik. Sonra bizi Türkiyəyə dəvət etdi. Allah ondan razı olsun. Dəvəti ilə Ərzincana gəldim və əməliyyat olundum. Əməliyyatım çox gözəl keçdi və öz səhhətimə qovuşdum. Ölümün pəncəsindən məni türk həkimləri qurtardı.” Vəliyevanın bacısı Şəlalə Əhmədova “Azərbaycanda bacımızı belə qoysaydıq bəlkədə onu itirə bilərdik. Allahın köməyilə belə bir vəziyyətlə qarşılaşmadıq. İlk öncə Allaha, faha sonra isə həkimə təşəkkür edirik.” deyə bildirib.(azxeber.com)


loading...