Betonqarışdıran maşın “VAZ 2107”nin üzərinə aşdı - Koroğlu metrosu yaxınlığında qəza - VİDEO

Betonqarışdıran maşın “VAZ 2107”nin üzərinə aşdı - Koroğlu metrosu yaxınlığında qəza - VİDEO

 

Bakıda metronun “Koroğlu” stansiyası yaxınlığında betonqarışdıran maşın aşıb. Xəbərçi.az-ın hadisə yerində olan müxbiri bildirir ki, qəza Heydər Əliyev prospektindən Ziya Bünyadov prospektinə dönən yolda qeydə alınıb. Bakı Metropoliteni QSC-yə məxsus, 90 JZ 947 dövlət nömrə nişanlı, “Man” markalı avtomobil İlman Abbasovun idarə etdiyi “VAZ 2107” markalı, 90 BA 041 dövlət nömrə nişanlı avtomobilin üzərinə aşıb. Hadisə şahidlərinin bildirdiyinə görə, üzərində ağır yük olan yük maşını üzü Hava limanı istiqamətindən gəlib və Dərnəgül istiqamətinə dönmək istəyəndə körpünün kənarındakı divara dəyib və aşıb. Qəza zamanı xəsarət alanların olduğu bildirilib.

Hadisə yerində DYP əməkdaşları araşdırma aparır.        


loading...