Sevgililər günündə sevgilisi ilə görüşən gənci qızın qohumları DÖYDÜ - SUMQAYITDA

Sevgililər günündə sevgilisi ilə görüşən gənci qızın qohumları DÖYDÜ - SUMQAYITDA

Sumqayıt şəhərində Sevgililər günündə sevgilisi ilə görüşən 17 yaşlı oğlan qızın qohumları tərəfindən döyülüb.

Xəbərçi.az məlumat verir ki, hadisə fevralın 14-də şəhərin 15-ci məhəlləsində baş verib.

Belə ki, 15-ci məhəllədə yerləşən yataqxanaların birində yaşayan, 2001-ci il təvəllüdlü Nicat Əli oğlu Hüseynov naməlum şəxşlər tərəfindən döyülüb. Ağır bədən xəsarətləri alan gənc oğlan Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxansına çatdırılıb.

Məlumata görə, N.Hüseynov sevdiyi qızla görüşən zaman qızın qohumları tərəfindən döyülüb. 

Faktla bağlı araşdırma aparılır. (report)


loading...