13 yaşlı qız internetdə tanış olduğu oğlana görə evdən qaçdı, ÖLDÜRÜLDÜ -

13 yaşlı qız internetdə tanış olduğu oğlana görə evdən qaçdı, ÖLDÜRÜLDÜ -

13 yaşlı qız sosial şəbəkədə tanış olduğu oğlana görə evdən qaçıb.

Xəbərçi.az məlumat verir ki, Amerikada 13 yaşlı qız sevgilisinə görə evdən qaçıb və buna görə də sevgilisi tərəfindən bıçaqlanaraq öldürülüb.

Belə ki, David Eisenhauer adlı 20 yaşlı tələbə sosial şəbəkədə 13 yaşlı Nicole Lovell ilə tanış olub. Onlar evdə görüş təyin ediblər. Qız evlərinin pəncərəsindən qaçıb, oğlangilə gedib. Bu zaman uşağın ailəsi polisə xəbər verib. Polis yaxınlıqdakı evlərdə axtarış edərkən David-in də ifadəsini alıb. O, özünü çox şübhəli aparıb. Oğlan polisi yola saldıqdan sonra, gizli münasibətləri aşkarlanmasın deyə qızı bıçaqlayaraq öldürüb, sonra da cəsədi zibilliyə atıb.

David Eisenhauer həbs edilib. (milli.az)


loading...