Lənkəran-Astara yolunda AĞIR QƏZA: Tələbə ÖLDÜ

Lənkəran-Astara yolunda AĞIR QƏZA: Tələbə ÖLDÜ

Lənkəran- Astara yolunda yol-nəqliyyat hadisəsi baş verib.

Xəbərçi.az bildirir ki, "Mitsubishi-Pajero" markalı avtomobil hərəkətdə olarkən qarşısına uşaq çıxıb. Sürücü avtomobili yolun kənarındakı maneəyə çırpıb. Hadisə nəticəsində xəsarət alan iki nəfər, Astara rayonunun Şahağacı kənd sakinləri 2000-ci il təvəllüdlü Rüstəmov Sahib Sədaqət oğlu və 2000-ci il təvəllüdlü Cabbarov Ağamoğlan Fikrət oğlu xəstəxanaya yerləşdirilib.

Həkimlər S.Rüstəmovun həyatını xilas edə bilməyib, o, xəstəxanada ölüb. 

report


loading...