Bərdədə FACİƏ: 6 yaşlı qız diri-diri yandı, ana yaralandı - YENİLƏNİB/ FOTOLAR

Bərdədə FACİƏ: 6 yaşlı qız diri-diri yandı, ana yaralandı - YENİLƏNİB/ FOTOLAR

Bərdədə evdə baş verən yanğın zamanı xəsarət alan şəxsin vəziyyəti ağırdır.

Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, yanıq xəsarəti ilə xəstəxanaya çatdırılan 1991-ci il təvəllüdlü Novruzova Zümrüd Sirac qızının müalicəsi davam etdirilir. Z. Novruzova hadisə zamanı ölən 6 yaşlı Novruzova Ruqiyyə Samir qızının anasıdır.

Rayon Polis Şöbəsindən bildirilib ki, Z. Novruzovanın həyat yoldaşı Novruzov Samir Xəyyam oğlu işləmək üçün Dağıstan Respublikasına gedib.

Faktla bağlı araşdırma aparılır. (apa)

***

Bərdə rayonunun Güloglular kəndində ümumi sahəsi 44 kv.m olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 22 kv.m sahədə yanıb.

FHN-dən Xəbərçi.az-a verilən məlumata görə, yanğın kəşfiyyatı zamanı 2012-ci il təvəllüdlü Novruzova Ruqiyyə Samir qızının yanmış cəsədi aşkar olunub.

Yanğın zamanı bir nəfər müxtəlif yanıq xəsarətləri ilə Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidməti tərəfindən Bərdə Şəhər Mərkəzi Xəstəxanasına aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


loading...