Neft Daşlarında fəhlələr arasında DAVA: Bir neftçi öldü...

Neft Daşlarında fəhlələr arasında DAVA: Bir neftçi öldü...

Bu gün saat 10:50 radələrində Neft Daşlarında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Neftqaztikinti” Trestinin 5 saylı Tikinti Quraşdırma bölməsinin fəhlələri Əsgərov Anar Təbriz oğlu və Xalıqov Azər Ədalət oğlu arasında məlum olmayan səbəblərdən şəxsi zəmində qarşıdurma baş verib.  

Xəbərçi.az SOCAR-a istinadən məlumat verir ki, nəticədə A.Əsgərov A.Xalıqova bıcaqla xəsarət yetirib. O, aldığı xəsarətdən hadisə yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verilib, araşdırma aparılır.  

SOCAR rəhbərliyi və kollektivi baş vermiş hadisədən kədərləndiklərini bilidirir, mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.

 


loading...