Tovuzda hərbçiləri daşıyan maşın qəzaya düşdü: yaralı var

Tovuzda hərbçiləri daşıyan maşın qəzaya düşdü: yaralı var

Tovuz rayonunda yol qəzası baş verib.

Xəbərçi.az trend-ə istinadən məlumat verir ki, radisə rayon ərazisində baş verib.

Rayonun girişində "Mercedes" markalı avtomobil hərbçiləri daşıyan maşınla toqquşub. Hadisə nəticəsində "Mercedes" markalı avtomobildə olan sərnişin, Abulbəyli kənd sakini, 1968-ci il təvəllüdlü Qasımova Rübabə Mirzə qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırmalar aparılır.


loading...