Bakıda gənc qız özünü binanın 10-cu mərtəbəsindən atdı - YENİLƏNİB

Bakıda gənc qız özünü binanın 10-cu mərtəbəsindən atdı - YENİLƏNİB

13:45

Bakının Yasamal rayonunda özünü yeni tikilinin 10-cu mərtəbəsindən yerə ataraq intihar edən qızın adı məlum olub.

Xəbərçi.az report.az-a istinadən bildirir ki, intihar etmiş qız Əda Zeynalovadır.

Qeyd edək ki, faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

----------

08:47

Bakının Yasamal rayonunda intihar hadisəsi qeydə alınıb.

Xəbərçi.az report.az-a istinadən bildirir ki, 24 yaşlı qız (ad-soyad hələlik məlum deyil) metronun Elmlər Akademiyası stansiyası yaxınlığında yerləşən hündürmərtəbəli yeni tikilinin 10-cu mərtəbəsindən özünü atıb.

Gənc qız hadisə yerində ölüb. Əraziyə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinin əməkdaşları cəlb edilib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.


loading...