Xırdalanda yaşayış binasında YANĞIN: 9 nəfər zəhərləndi - YENİLƏNİB - VİDEO

Xırdalanda yaşayış binasında YANĞIN: 9 nəfər zəhərləndi - YENİLƏNİB - VİDEO

14:13

Abşeron rayonu, Xırdalan şəhərində çoxmənzilli yaşayış binasının 1-ci mərtəbəsindən 14-cü mərtəbəsinə kimi şaxtadan keçən elektrik naqilləri 45 p.m, 64 ədəd işıq və 8 ədəd su sayğacı yanıb.

Xəbərçi.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan binanın çardağı qismən qarsalanıb. Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri 36 nəfər bina sakinini təhlükəsiz əraziyə təxliyə edib. Yanğın zamanı 9 nəfər tüstüdən zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb. Binanın çardağı və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

-----------

12:04

Abşeron rayonunun Xırdalan şəhərində hündürmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində 3 nəfər tüstüdən zəhərlənib.

Xəbərçi.az FHN-ə istinadən məlumat verir ki, yanğın hadisəsi zamanı bina sakinləri təxliyə edilib və alovun qarşısı alınıb: "Yanğın tam söndürülüb. Hadisə zamanı 3 nəfər tüstüdən zəhərlənib".

Xatırladaq ki, hadisə şəhərin Mehdi Hüseynzadə küçəsi, 26-cı məhəllə ərazisində qeydə alınıb. Çoxmərtəbəli yaşayış binasının 14-cü mərtəbəsində şaxtada baş verən yanğın sonradan mənzillərə keçib.


loading...