Bakıda avtobusun vurduğu 44 yaşlı qadın 60 gündən sonra öldü - 10 yaşlı qızı qaldı - FOTOLAR

Bakıda avtobusun vurduğu 44 yaşlı qadın 60 gündən sonra öldü - 10 yaşlı qızı qaldı - FOTOLAR

Bakıda avtobus sürücüsünün yol hərəkəti qaydalarını kobud şəkildə pozması nəticəsində ağır xəsarətlər alan və 2 aydır komada olan qadın dünyasını dəyişib.

Xəbərçi.az məlumat verir ki, bu barədə baku.ws-ə mərhumun həyat yoldaşı Müzəffər İsmayılov bildirib.

Onun sözlərinə görə, həkimlər 44 yaşlı Təranə Məhəmməd qızı Babaşovanın beyninin 2/3 hissəsinin dağıldığını bildiriblər. Bu səbəbdən onun həyatını xilas etmək mümkün olmayıb.

Qəza hadisəsi sentyabrın 27-də baş verib və həmin gündən Təranə Babaşova komada olub. O, noyabrın 28-də isə dünyasını dəyişib.

Təranə Babaşovadan 10 yaşlı qızı yadigar qalıb.

Xatırladaq ki, 64 saylı marşurut xətti üzrə hərəkət edən avtobusun sürücüsü Nizami rayonunun 8-ci kilometr qəsəbəsində yolu keçmək istəyən Təranə Məhəmməd qızı Babaşovanı maşınla vurub.

Təranə Babaşova "8-ci kilometr" bazarının qarşısında avtobusdan düşüb yolu keçmək istəyib. Bu vaxt əks istiqamətdə hərəkət edən 64 saylı avtobus xanımı vurub. Sürücü polis tərəfindən saxlanılıb. Yaxın günlərdə məhkəmə prosesi başlayacaq.


loading...