Azərbaycanda avtobusla "Mitsubishi-Pajero" TOQQUŞDU: 7 nəfər xəsarət aldı

Azərbaycanda avtobusla "Mitsubishi-Pajero" TOQQUŞDU: 7 nəfər xəsarət aldı

Salyan rayonunda iki gün əvvəl baş verən yol qəzasında xəsarət alan qadın ölüb.  

Xəbərçi.az report-a istinadən məlumat verir ki, sərnişin avtobusu ilə "Mitsubishi-Pajero" markalı avtomobilin toqquşması nəticəsində 4-ü ağır olmaqla 7 nəfər xəsarət alıb.

Xəsarət alanlardan ikisi "Mitsubishi-Pajero" markalı avtomobildə, digər 5 nəfər isə sərnişin avtobusunda olub. Minik maşınında xəsarət alan 1963-cü il təvəllüdlü Rəhilə Əhədova bu gün yerləşdirldiyi xəstəxanada ölüb.   Xatırladaq ki, dekabrın 3-də Salyan rayonunun sarvan kəndi ərazisində sərnişin avtobusu ilə "Mitsubishi-Pajero" markalı avtomobil toqquşub və nəticədə 7 nəfər xəsarət almışdı.  

Faktla bağlı araşdırmalar davam etdirilir.

 


loading...