Paytaxtda yaşayış binasında YANĞIN: 34 nəfər təxliyə edildi

Paytaxtda yaşayış binasında YANĞIN: 34 nəfər təxliyə edildi

Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə 196 ünvanda 17 mərtəbəli yaşayış binanın 1-ci mərtəbəsindən 13-cü mərtəbəsinədək şaxtadan keçən elektrik kabelləri 50 p.m yanıb.

Xəbərçi.az FHN-ə istinadən məlumat verir ki, yanğın zamanı tüstülənmiş mənzillərdən 34 nəfər təxliyə edilib. Təxliyə edilən şəxslərdən ikisi tüstüdən zəhərlənmiş halda xəstəxanaya aparılıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.


loading...