Mədəniyyət evlərində kadr dəyişiklikləri edildi

Mədəniyyət evlərində kadr dəyişiklikləri edildi Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin müvafiq əmrinə əsasən, bir neçə mədəniyyət evlərinin rəhbərliyində yerdəyişmələr olub.

İdarədən Xəbərçi.az-a verilən məlumata görə, H.Abbasov adına Mədəniyyət Evinin direktoru Vüqar Elşad oğlu Ağayev işdən azad olunaraq, M.Ə.Sabir adına Balaxanı Qəsəbə Mədəniyyət Evinə, M.Ə.Sabir adına Balaxanı Qəsəbə Mədəniyyət Evinin direktoru Fazil Mütəllim oğlu Vəliyev isə M.Ə.Sabir adına Bülbülə Qəsəbə Mədəniyyət Evinə direktor vəzifələrinə təyin olunublar.

İdarənin digər əmrinə əsasən, M.Ə.Sabir adına Bülbülə Qəsəbə Mədəniyyət Evinin direktoru Cavid Sahib oğlu Məlikov tutduğu vəzifədən azad olunaraq, Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktor müavini vəzifəsinə təyin edilib.

 


loading...