"Anam son günlərini yaşayanda, mən konsert verdim" - Aygün Səmədzadə - VİDEO

"Anam son günlərini yaşayanda, mən konsert verdim" - Aygün Səmədzadə - VİDEO

Əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə ARB TV-nin "Ömrün Fəsilləri" proqramının qonağı olub.

Xəbərçi.az bildirir ki, bəstəkar proqramda anasının son anlarından danışıb.

“Anam son günlərini yaşayarkən mən məcburi şəkildə konsert verdim. Afişalar artıq hazır idi deyə konsert dayanmadı. Mayın 31-i konsert oldu, iyunun 6-sı anam rəhmətə getdi. Konsert mənim üçün ağır idi. O konsertə heç bir zaman baxmamışam. Anam nəfəs problemi ilə soruşub ki, konsert necə keçdi? Sonra deyib ki, mən rahat gedə bilərəm. Son anında belə mənim sənətimi ön plana qoyub. Belə hadisələrlə sənət adamları çox rastlaşıb. Ayın 1-də mən Türkiyəyə anamın yanına uçdum, onun yanında oldum. Amma o, sanki getmişdi... Mənim konsertimdən kadrları ona göstəriblər”.


loading...