Bəstəkar Tahir Əkbər insult keçirib

Bəstəkar Tahir Əkbər insult keçirib Xəbərçi.az məlumat verir ki, əməkdar İncəsənət Xadimi, bəstəkar Tahir Əkbər insult keçirib. Bu barədə "Report"a açıqlamasında əməkdar artist Aybəniz Haşımova deyib. O qeyd edib ki, bəstəkarın səhhəti çox ağırdır: "Hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanımasiya şöbəsindədir. Dili tutulub, vəziyyəti çox pisdir".   Tahir Əkbərin həyat yoldaşı Aybəniz Əkbər "Report"a açıqlamasında hadisənin bu gün səhər baş verdiyini deyib: "Dünən tədbirlərdə iştirak etmişdi. Yorulduğuna görə, axşamdan özünü pis edirdi".
loading...