Arif Quliyev teatrdan ayrıldı

Arif Quliyev teatrdan ayrıldı

Xalq artisti Arif Quliyev çalışdığı teatrdan ayrılıb.

XƏBƏRÇİ.AZ -ın məlumatına görə, aktyor bu haqda “ATV maqazin onlarla” verilişində deyib. O bildirib ki, yaşla əlaqədar təqaüdə çıxıb:

“Artıq teatrda işləmirəm. Amma filmlərə, görüşlərə, konsertlərə gedirəm. Bu yaxınlarda isə türk rejissorun bir filmində rol alacam”.
 

Qeyd edək ki, A.Quliyev 1975-ci ildə Musiqili Komediya Teatrında çalışıb. 1993-cü ildə Milli Dram Teatrına dəvət olunub. Son illər isə İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışırdı.
loading...
Günün çox oxunanları
Həftənin çox oxunanları