Xərçəngə tutulan aktrisa üçün özəl gün

Xərçəngə tutulan aktrisa üçün özəl gün

Sevilən aktrisa bu gün doğum gününü qeyd edir. 

XƏBƏRÇİ.AZ bildirir ki,Əməkdar artist  Kəmalə Müzəffər qızı Hüseynova 29 may 1967-ci ildə anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. İnstitutda oxuduğu illərdə filmlərə çəkilməyə başlamışdır. Sonuncu kursda isə artıq Kəmalə Hüseynova Azərbaycan Dövlət Gənc tamaşaçılar Teatrına dəvət olunub.  O zaman birbaşa baş rolda, Əli Əmirlinin "Ərizə" tamaşasındakı Reyhan rolunda çıxış etmişdir.Aktrisa teatrda bir çox tamaşalarda aparıcı rollarla çıxış edib. 1 avqust 1990-cı ildən Gənc Tamaşaçılar Teatrının aktrisasıdır. Aktrisanın uğurları ildən-ilə artıb. Teatrda son illər "Qatarın altına atılan qadın" və "Müharibə" tamaşalarındakı oynadığı baş qadın rolları tamaşaçıların dərin rəğbətini qazanıb.

 2011-ci ilin avqust ayında Əməkdar Artist fəxri adına layiq görülmüşdür.

30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə , 6 may 2016-cı ildə, 1 may 2017-ci ildə  və 9 may 2018-ci ildə Prezident Mükafatına layiq görülmüşdür.

Xatırladaq ki, aktrisanın üzündə  xərçəngin bazalyoma növü aşkarlanmışdı.

Teatr sahəsindəki rolları

  • 1. Reyhan - («Ərizə», Əli Əmirli)
  • 2. Fira - («Məhəbbət, Şeytan və Lambada»,Marat Haqverdiyev)
  • 3. Fira - («Ləyaqət», Marat Haqverdiyev)
  • 4. Femida - («Cəza», Əli Əmirli)
  • 5. Gülyanaq - («Ağ div, Qara div», Əli Səmədli)
  • 6. Diva - («Cənnətin üç alması», Nicat Kazımov)
  • 7. Sona - («Ağ Dəvə», Elçin)
  • 8. Dayə - («Ələddinin sehrli çırağı», Nicat Kazımov)
  • 9. Küpəgirən - («Mağara», Aygün Həsənoğlu)
  • 10. Kleya - ("Ezop", Qilyerme Fiqeyredo)
  • 11. Jannina – («Məzəli hadisə», Karlo Qoldoni)
  • 12. Ana qaz – («Ana qaz», Rəsul Rza)
  • 13. Xavər – («Olmuş əhvalat», Aqşin Babayev)
  • 14. Pəri cadu – («Pəri cadu», Əbdürrəhim bəy Haqverdiyev)
  • 15. Zeynəb – («Məkkəyə gedən yol» C.Məmmədquluzadə)
  • 16. Mələk («Mən səni sevirəm – M.S.S» Ə.Əmirli)
  • 17. Ledi Montekki («Romeo və Cülyetta» U.Şekspir)
  • 18. A – («Mən gəldim, qızlar» L.Nuren)
  • 19.Zərnigar - («Miras» H.Mirələmov)
  • 19 Gültəkin Sarabiskaya- («Qatarın Altına Atılan Qadın», Afaq Məsud)-Akademik Milli Dram Teatrının səhnəsində

 

 Filmoqrafiya

  1. Araqarışdıran (film, 1987)
  2. Kişi sözü (film, 1987)
  3. Şəxsin sözü (film, 1987)
  4. Sahilsiz gecə (film, 1989)
  5. O, dünyanın duzlarından idi (film, 1991)
  6. Etiraf (film, 1992)
  7. Hökm (film, 1994)
  8. Ana qaz (film, 2005)
  9. QAZ (film, 2005)
  10. Məhkumlar (film, 2007)
  11. Azarkeş (film, 2008)
  12. Bir ovuc torpaq (film, 2009)
  13. Ölüm növbəsi (film, 2009)
  14. Məhkumlar (2012)
  15. Tək olanda qorxma... (teleserial, 2013)
  16. Zəng (film, 2014)
  17. Vicdan haqqı (teleserial, 2016)
  18. Ögey ana (teleserial, 2017)


 

 

 

 


loading...