18+ tamaşa yenidən göstərildi qadağan olunmasına baxmayaraq

18+ tamaşa yenidən göstərildi qadağan olunmasına baxmayaraq

XƏBƏRÇİ.AZ Axşam.az- a istinadən  xəbər verir ki, "MimOda" bu dəfə də maraqla qarşılanıb. Tamaşadakı rolları Elmin Bədəlov, Elsa Furtado və Sabir Məmmədov canlandırıb. Tamaşanın rejissoru isə İmam Həsənovdur. Səhnə əsərində fotoları isə fotoqraf Babek Hasanov çəkib.

İdeyası ADO-ya məxsus olan "MimOda 18+" tamaşasının premyerası 2015-ci ildə olub və teatr mühitində birmənalı qarşılanmamışdır. Bir müddət isə tamaşanın nümayişi müvəqqəti olaraq dayandırılmışdı. Tamaşa iki evsiz insanın sevgisindən bəhs edir. Onlar düşünürlər ki, sevginin dili yoxdur. Ancaq dil işə düşəndə hadisələr dəyişir...


loading...