"Cəza" monotamaşası Lənkəranda

"Cəza" monotamaşası Lənkəranda

“Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi mayın 15-də Lənkəran Dövlət Dram Teatrının səhnəsində yazıçı-dramaturq T.Vəliyevanın “Cəza” monotamaşasını teatrsevərlərə təqdim edəcək.

XƏBƏRÇİ.AZ Axsam.az-a istinadən xəbər verir ki,təkadamlıq psixoloji monotamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, ifaçısı əməkdar artist Kəmalə Hüseynova, musiqi tərtibatçısı Ağasəlim Feyzullayev, rejissor assistenti Günay Qasımovadır.

Qeyd edək ki, “Cəza” monotamaşası indiyədək Başqırdıstan, Birləşmiş Ərəb Əmirliyi və Hindistanda beynəlxalq festivallarda ölkəmizi uğurla təmsil edərək diplom və mükafatlara layiq görülüb.


loading...