“Euronews” Azərbaycanla bağlı növbəti süjet yayımladı - VİDEO

“Euronews” Azərbaycanla bağlı növbəti süjet yayımladı - VİDEO

"Euronews" telekanalı "Azərbaycan. Xalçanın qəlbi" adlı süjet yayımlayıb. Xəbərçi.az Trend-ə istinadən bildirir ki, süjetdə Azərbaycan xalçaçılığının çox qədim və zəngin tarixindən bəhs edilib, bu tətbiqi sənət növünün incəlikləri vurğulanıb. Süjetdə dünyada ilk xalça muzeyinin 2014-cü ildə məhz Azərbaycanda yaradıldığı və muzeyin orijinal üslubda - xalça formasında olduğu xüsusi qeyd olunub.

"Euronews"un süjetində qeyd edilir ki, 2010-cu ildə YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilən Azərbaycan xalçaları Ağ Ev, Ermitaj və Vatikanda da qorunub saxlanılır.


loading...