Xalq artistinin oğlu Ramiz Məliki hədələdi: "Səni yox edərdim"

Xalq artistinin oğlu Ramiz Məliki hədələdi: "Səni yox edərdim"

Xalq artisti Ramiz Məlikin bir vaxtlar qalmaqal yaşadığı Ramiz Novruzla bağlı "istəsəydim onu həbs etdirərdim, lakin bağışladım" sözləri aktyorun ailə üzvlərini qəzəbləndirib..

Xəbərçi.az məlumat verir ki, R.Novruzun aktyor oğlu Cavidan Novruz sosial şəbəkədə R.Məliki hədələyib:

"Bu məsələlərə heç vaxt qarışmadım, deyirdim ki, böyüklərdir, özləri bilər. Amma dözmədim artıq. Sən kimsən? İşin-gücün sosial şəbəkədə oturub ona-buna şərh yazmaqdır. Bu yaşda "Facebook"da oturursan. Mənim atam heç "Whatsapp" nədir bilmir. Sən kimsən Ramiz Novruzu bağışlayasan? Hələ bir 3 illik həbs etdirəsən... 

Sən Ramiz Novruzu 3 illik tutdursaydın, onun oğulları səni yaşatmazdı. Ramiz Novruz səndən fərqli olaraq nəvə-nəticə yiyəsidir, şərəflə hörmətini qoruyur. Bir ayağınız gorda ola-ola oturub yaşınıza uyğun olmayan şərhlər yazırsınız.  Müdrik olmağı bacarmadınız. 

O teatrda sənin kimi bir-iki nəfər var ki, heç vaxt Ramiz Novurz, Fəxrəddin Manafov, Fuad Poladov, Rasim Balayev ola bilməyəcəksiniz. İşiniz teatrda qoşalaşıb insanların torbasını tikməkdir. 

Atamı 3 illik tutduracaqmış... Onun sonrasını düşün sən. Mənim caynağımdan qurtula biləcəkdin? Səni yox edərdim".

Qeyd edək ki, bir müddətdir R.Məlik xalq artisti Məleykə Əsədova ilə qalmaqal yaşayır.


loading...