Zaur Baxşəliyev ilin ən yaxşı aparıcısı seçildi FOTOLAR

Zaur Baxşəliyev ilin ən yaxşı aparıcısı seçildi FOTOLAR

Bakı Dövlət Universitetinin 10 000-dən çox tələbə arasında keçirdiyi sorğuya əsasən əməkdar mədəniyyət işçisi Zaur Baxşəliyev "İlin ən yaxşı aparıcısı" mükafatına layiq görülüb.

Xəbərçi.az məlumat verir ki, o, bu haqda şəxsi instagram hesabında paylaşım edərək belə qeyd edib:

"Əziz tələbələr, bir daha təşəkkürlər! Bakı Dövlət Universitetinin bütün heyəti, başda Abel Məhərrəmov olmaqla, etimadınıza, sevginizə görə hər birinizə ayrı-ayrılıqda minnətdarıq. Çox gözəl tədbir təşkil olunmuşdu. Əminəm ki, bu mükafatlandırma mərasimi Azərbaycanda öz sözünü deyəcək."

Qeyd edək ki, mükafatlandırma mərasimində Abel Məhərrəmov, Afaq Bəşirqızı, Aydın Mirzəzadə, Rasim Balayev, Amaliya Pənahova, Faiq Sücəddinov, Baba Vəziroğlu, Elnarə Abdullayeva, Tünzalə Ağayeva, Dilarə Əliyeva, Kənan MM, Elton Hüseynəliyev, Rəsul Çunayev və başqaları öz sahələri üzrə ilin ən yaxşıları seçiliblər.


loading...