Söyüşə görə ərinin dostunu bıçaqlayan qadına HÖKM OXUNDU - BAKIDA

Söyüşə görə ərinin dostunu bıçaqlayan qadına HÖKM OXUNDU -  BAKIDA

Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusuna bıçaqla xəsarət yetirməkdə ittiham olunan Gülnar Məmmədovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
 

XƏBƏRÇİ.AZ virtualaz.org-a istinadən xəbər verir ki, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə görə, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilib və G. Məmmədovaya 2 il sınaq müddəti olmaqla şərti cəza verilib. O, istintaq dövründə həbs edilmədiyi üçün sərbəst qalıb.


Qeyd edək ki, hadisə ötən il sentyabr ayının 26-da Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib. G.Məmmədova aralarında yaranmış mübahisə zəminində qonşusu, həmçinin, ərinin tanışı Azad Quliyevi bıçaqlayıb. Qadın evinə gələn qonağı bıçaqladıqdan sonra təcili tibbi yardıma zəng edib. Xəstəxanaya çatdırılan A.Quliyev əməliyyat olunub.

Hadisəyə səbəb isə A. Quliyevin G.Məmmədovanın evində olarkən tanışı ilə telefonla danışan zaman söyüş söyməsi olub. Ev sahibəsi azyaşlı uşağın yanında söyüş söyməsinə iradını bildirib və qonaqdan nalayiq ifadələr işlətməməyi tələb edib. Lakin qonaq deyilənlərə əhəmiyyət verməyib. Bundan əsəbiləşən G.Məmmədova mətbəxdən götürdüyü bıçaqla ona döş qəfəsindən zərbə endirib.


loading...
Günün çox oxunanları
Həftənin çox oxunanları