DTX-nın əməkdaşı həbs olundu

DTX-nın əməkdaşı həbs olundu

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Şirvan şəhər şöbəsinin əməkdaşı tutulub.

XƏBƏRÇİ.AZ APA-ya istinafən xəbər verir ki, gecə saatlarında DTX-nın Şirvan şəhər şöbəsinin əməkdaşı, baş əməliyyat müvəkkili, 1982-ci il təvəllüdlü Ağayev Rövşən Firudin oğlu saxlanılıb.

R. Ağayevin hansı səbəblərdən saxlanıldığı hələlik dəqiq məlum deyil.

 

Bəzi məlumatlara görə, onun saxlanması Şirvan şəhər sakini, 1956-cı il təvəllüdlü Sarayxanım Abdullayevanın bir neçə gün əvvəl itkin düşməsi ilə əlaqədardır.

Faktla bağlı araşdırma davam etdirilir.

 

 

 
loading...