Ticarət mərkəzində bıçaqlanma

Ticarət mərkəzində bıçaqlanma

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib.

XƏBƏRÇİ.AZ Report.az-a istinadən bildirir ki, 1986-ci il təvəllüdlü Yaqubov Ramiz Təvəkkül oğlu "Laçın" ticarət mərkəzinin qarşısında tanışı ilə söyüşə görə əlbəyaxa dava edib.

Dava zamanı o, sağrı nahiyəsindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Fakt Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.


loading...