Bakıda sürücü “Range Rover”lə oğlunu vurub öldürdü

Bakıda sürücü “Range Rover”lə oğlunu vurub öldürdü

Bakıda 4 yaşlı oğlan bədbəxt hadisə nəticəsində ölüb.  

XƏBƏRÇİ.AZ "Report”a istinadla verdiyi məlumata görə, paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsində 1986-cı il təvəllüdlü Adil İsmayılov yaşadığı həyətdə idarə etdiyi "Range Rover” markalı maşını arxaya verən zaman 4 yaşlı oğlu Ayxanı vurub.   Ayxan İsmayılov dünyasını dəyişib.  

Faktla bağlı araşdırma aparılır.


loading...