Övladının intiharından sonra əsəbləri korlanan ailə başçısı çıxış yolunu spirtli içkiyə qurşanmaqda görüb. Ailəsinə, doğmalarına içki şüşəsinin arxasından boylanıb, getdikcə daha da həyatın dibinə çöküb...
Qurban bayramı günü arvadından bir manat araq pulu istəyən Qadir Cahangirov növbəti insident zamanı özünü və 70 yaşlı atasını içkiyə qurban verib. Bakı Ağır Cinayətlər Məhkəməsində atasını qətlə yetirməkdə ittiham olunan Şamaxı rayon sakini, 46 yaşlı Qadir Cahangirovun cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Virtualaz.org-un xəbərinə görə, hadisə ötən il sentyabrın 3-də Şamaxı şəhəri, Vidadi Məmmədov küçəsi, ev 22 ünvanında baş verib. Q.Cahangirov aralarında baş verən dava zamanı 70 yaşlı atası Arif Cahangirovu xüsusi amansızlıqla qətlə yetirib.
Baş və bədən nahiyələrindən ağır xəsarətlər alan yaralı Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. İttihama görə, qətl hadisəsinə sərxoş vəziyyətdə olan Qadirin yenidən spirtli içki almaq üçün arvadından 1 manat pul istəməsi səbəb olub. Arvadının pul verməməsindən əsəbləşən ər evdəki əşyaları sındırıb. Səs-küyə gələn, oğlunu sakitləşdirməyə çalışan Arif Cahangirov Qadirin balta zərbələrinə tuş gəlib. Törətdiyi cinayət əməlinə görə Q.Cahangirova Cinayət Məcəlləsinin 120.2.3 və 120.2.4-cü maddələri ilə ittiham irəli sürülüb.
Təqsirləndirilən şəxs qismində dindirilən Qadir Cahangirov ifadəsində 2012-ci ildə qızı Mahirə intihar etdikdən sonra əsəblərinin korlandığını, o vaxtdan etibarən içkiyə qurşandığını göstərib. Hadisə baş verən gün oğlu çörəkbişirmə sexinə, arvadı ilə bacısı isə xadimə işlədikləri məktəbə gediblər. Evdəki arağı dovğa ilə içməyə başlayıb. Axşamtərəfi arvadı Yeganədən araq pulu istəyib:
"Yeganədən bir manat istədim. Dedi ki, sabah Bakıda yaşayan qızımgilə qonaq gedəcəyik, pul lazımdır. Həmçinin, qızımın qaynanasının dindar olduğunu deyib, arağa pul verməkdən imtina etdi. Buna görə mübahisəmzi düşdü, qışqır-bağır saldım. Atam yanıma gəlib Qurban bayramı günü araq içdiyimə görə məni danladıqda əsəbləşib onu da itələdim. Atam həyətin baş tərəfindəki talvara tərəf getdi. Həmişəki kimi ya çubuq, ya da dəmir parçası alıb üstümə gələcəyini bilirdim. Ona görə daxmaya qaçdım ki, balta götürüm. Bacım qarşımı kəsmək istədikdə onu itələyib yıxdım, odun doğradığımız baltanı daxmadan götürdüm. Atam əlində dəmir boru giriş qapısında dayanmışdı. Baltanın kəsici hissəsi ilə onu başından vurdum. Zərbənin təsirindən yerə yıxıldı, başından qan axmağa başladı".
Atasını baltayla vurduqdan sonra Q.Cahangirov öz başına da balta zərbələri endirib: "Ayılanda gördüm ki, xəstəxanadayam. Atamla əvvəllər də xırda mübahisələrimiz olurdu, içki içdiyimə görə məni danlayırdı. Amma heç vaxt onu ölümlə hədələməmişəm. Həmin gün sərxoş idim, əsəbləşdiyim üçün atamı vurdum. Baltanı götürüb özümü öldürəcəkdim. Atamın mənə qarşı çıxmaları artıq məni bezdirmişdi. Törətdiyim əməldən peşmanam".
Zərərçəkmiş Nadir Cahangirov ifadəsində mərhum qardaşının oğlu Qadirin yetkinlik yaşlarından etibarən ailə üzvlərinə əzab-əziyyət verdiyini, problemlər yaratdığını, bir neçə dəfə cinayət törətdiyini, dəfələrlə özünə xəsarət yetirdiyini, spirtli içki aludəçisi olduğunu göstərib: "Qardaşım onu pis əməllərindən çəkindirməyə, düzgün yola qaytarmağa çalışırdı. Qadir içəndə qardaşım əlinə çubuq götürüb onu sakitləşdirirdi. Həmişə oğlundan gileylənir, içib dava-dalaş saldığını deyirdi. Qardaşım evdə olmadığı vaxtlarda bir neçə dəfə ailə üzvləri "əmi, tez bizə gəl, Qadir bizi öldürür" dedikdən sonra onlara haraya getmişəm. Qadirin dava-dalaş saldığını, qapı-pəncərəni qırmasının dəfələrlə şahidi olmuşam. Hər dəfə əlinə balta-bıçaq alıb özünü öldürəcəyini deyir, heç kimi yaxına buraxmırdı".
Hadisə baş verən gün növbəti dəfə qardaşının ailə üzvləri N.Cahangirova zəng vurub "əmi, gəl, qırdılar bir-birini, reanimasiyadadırlar" deyiblər: "Dərhal xəstəxanaya getdim. Pilləkənlar, dəhliz, palata qan içərisindəydi. Qardaşımın başı parçalanmışdı, qan axırdı. Həkimlər tikiş qoymaq istəsələr də, Arif vəfat etdi. Qadirin də üst-başı qan içindəydi, qışqır-bağır salırdı".
Zərərçəkmiş məhkəmədən qardaşı oğluna ədalətli cəza verilməsini xahiş edib: "Qadir qardaşımı öldürmək məqsədilə vurub. Əvvəllər Qadirin atasını hədələməsini, onu öldürməyə cəhd etməsini görməmişəm, eşitməmişəm. Ədalətli cəza verilməsini xahiş edirəm".
Şahid qismində dindirilən Yəmən Abdulrazaqova ifadəsində qardaşının mütamadi olaraq spirtli içki qəbul etdiyini və evdə dava-dalaş saldığını göstərib. Günorta saatlarında xadimə işlədiyi məktəbdən evə qayıdan Yəmən qardaşının yenə də içkili vəziyyətdə olduğunu görüb: "Axşamtərəfi gördüm yenə də həyətdə qışqırır. Dava axtardığını bilib, öz otağıma keçib televizora baxdım. Bu vaxt Yeganənin qışqırıb köməyə adam çağırdığını eşitdim. Qadirin daxmadan balta götürüb Yeganəyə sarı gəldiyini görüncə Yeganəni otağa salıb qapını bağladım. Qadirin də üstünə qısqırıb dedim ki, apar, baltanı yerinə qoy".
Şahidin ifadəsinə görə, Arif Cahangirov oğluna "Qurban bayramı" günü içməsini irad tutduqda Qadir baltanı daxmaya qoyub geri qayıdıbmış: "Qadir onu əliylə itələdi, səndələsə də, yıxılmadı. Qadiri qorxutmaq üçün atam taxta parçası götürmək üçün talvara sarı getdi. Atamın talvara getdiyini görən Qadir dərhal daxmaya tərəf qaçdı. Onun balta götürəcəyini bilib qarşısını kəsdim. Məni itələyib yerə yıxdı. Bu vaxt atam əlindı taxta parçası Qadirə yaxınlaşdı. Qadir daxmanın giriş qapısından əlini çölə çıxardıb baltayla atamın başına zərbə endirdi. Sonra da özünü vurdu. Qonşuların köməkliyi ilə ikisini də xəstəxanaya apardıq". Məhkəmənin hökmü ilə Qadir Cahangirov cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 17 il müddətinə azadlıqdan məhrum edilib.
1 manata görə içki aludəçisi olan oğul atasını baltaladı - ŞAMAXIDA DƏHŞƏT
loading...
-
20:18“Röyasına” haram qatanlar...
-
19:36Azərbaycanda hakimdən ədalətsiz qərar - Əkiz uşağa hamilə olan arvadını döyən sabiq məmura bəraət verildi!
-
14:34Əcnəbi vətəndaş intihar həddində - Ölkədən çıxışına yenidən qanunsuz qadağa qoyuldu! - VİDEO
-
13:56Bakıda girov saxlanılan qadın zülm-zülm ağladı: “Yalvarırıq, Cənab Prezident kömək edin” - VİDEO
-
12:15Viskidən 3 şəxsin zəhərləndiyi "Baku City" restoranı bağlandı və sahibi saxlanıldı - VİDEO
-
14:12Azərbaycanda prokurorluq əməkdaşından kuryoz əməl-Məhkəmə qərar versə də əcnəbi vətəndaşların pasportlarını girov saxlayır!
-
16:3122 yaşlı azərbaycanlı Amerikada 70 min dollar maaş alır
-
18:11Azərbaycan bayrağına qarşı hörmətsizlik
-
18:10Bakıda qız sərxoş atasını bıçaqladı
-
15:47Xalq artistininin əlinə pul verib alçaltdılar
-
15:47Damlanın intim videosu olduğu iddia olunan görüntü ilə bağlı AÇIQLAMA
-
15:25Metroda azyaşlı qızın telefonunu zorla əlindən aldılar
-
14:56Əmisi arvadını zorladı, sonra bogub öldürdü — Yevlaxda dəhşətli cinayət
-
14:55Maaşla bağlı şirkət rəhbərlərinə XƏBƏRDARLIQ
-
14:53Xərçəngdən əziyyət çəkən Zülfiyyə xəstəliyə qalib gəldi - "Həyatın dadı duzu yerinə gəlib"
-
10:21Bakıda evdə soba partladı - bir ailə yandı, uşaq öldü
-
17:46Bakıda nənə və nəvə FACİƏLİ şəkildə öldü
-
17:45Mənzillərə “kupça” verilməməsində “MTK maraqları”
-
16:59Bakıda film kimi olay - Bəy toy günü başqa qıza qoşulub, ölkədən qaçdı
-
16:598 bal gücündə zəlzələ olacağı ilə bağlı məlumatlara RƏSMİ REAKSİYA
-
13:28Azərbaycanda maraqlı hadisə - 4 ildir dünyasını dəyişən şəxs radara düşdü - FOTO
-
10:12Bakıda qardaş bacının qanını tökdü
-
10:08Azərbaycanda uşaqlara Arenda, Təkər adları qoymaq istəyiblər
-
14:51Sənədsiz bina qalmayacaq - Prezident çoxmənzilli binalarla bağlı fərman verdi
-
09:57Masallı rayonunda zəlzələ baş verib
-
16:19Tacir Şahmaroğlu - Gözümün qarşısında anamı sürüyürdülər
-
16:16Fədayə yenidən hakim qarşısına çıxacaq
-
16:12Rusiyada şok olay: bu dəfə ağ deyil, qara rəngdə qar yağdı - FOTO
-
15:20Nazir çörəyin qiymətindən danışdı
-
13:55Bakıda “Porsche” ilə dəhşətli qəza törədən kimdir - Ölən şəxsin adı məlum oldu
-
13:55Bakıya sulu qar yağacaq
-
12:33Dəm qazı məktəbli qızın canını aldı - Azərbaycanda
-
12:49Xeberci.az-ın xeyriyyə layihəsi - məşhurlar 150 nəfər əqli qüsurlu xəstələrə konsert verdilər - VİDEO
-
11:27Baş nazir gömrükçülərlə bağlı qərar imzaladı
-
11:26Ər-arvad bir gecədə intihar etdi - Övladları olmurdu
-
11:25Şamaxıda yenidən vulkan püskürüb
-
10:57Tovuzda məktəblilər spirtli içkidən zəhərləndilər
-
19:14Azərbaycanda sürücü sərnişinin qucağında oturub avtobusu idarə edir - VİDEO
-
19:09"Sevirəm" sözünü eşidəndə ətim ürpənir" - Nazənin
-
19:09Bakıda əməliyyat - Seksual manyak tutuldu
-
19:0063 yaşlı Azərbaycan Televiziyası yeni studiyası ilə - FOTO
-
12:28Bayram yarmarkası təşkil olunacaq - Tarixi və yeri açıqlandı
-
12:26Bakının məşhur hamamında yanğın - ölən var
-
12:04Azərbaycanlılar İstanbulda qəzaya düşdü - yaralılar var - FOTO
-
10:09Bakıda film kimi hadisə
-
10:07“Lotu Quli” avtoriteti güllələtdi - Yeni MÜHARİBƏ başladı
-
10:06Bakıda xanım polis kapitanı qəzaya düşdü
-
18:25"Adam o qədər zəngindir ki, 15-20 müğənni saxlaya bilər" - Damlanın məmur sevgilisinin FOTOSU
-
18:19Ayaqları tutulan Ağakərimin son görüntüləri
-
17:43Daha 200 nəfərin saxta əlilliyi ləğv edildi - Pulları geri qaytaracaqlar
-
14:46Bakıda avtobus "Toyota" ilə toqquşdu - YARALI VAR
-
14:45Bir nəfər özünün dənizə atdı - FHN axtarışa başladı
-
14:44Avtoqəzada ölən müğənninin dəfnində ürək sızladan görüntülər - VİDEO
-
11:14Məşhur bankın rəhbər şəxsləri həbs edildi - Qanunsuz kreditlərə görə
-
11:12"Səba" fermerlərə müraciət edir
-
11:11Azərbaycanda vəzifəli şəxs dəhşətli qəzada vəfat etdi - TƏFƏRRÜAT
-
11:11Xalq artisti - Qalmaqallar, söz-söhbətlər mənlik deyil
-
17:11Arvadının yatağına gizli diktafon qoydu, xəyanət səslərini dinlədi və... - Azərbaycanda dəhşətli hadisə
-
17:10Flora Kərimovadan xalq artisti ilə sevgili olması xəbərinə reaksiya - “Ayıbdır”
-
17:10BDU-nun tələbəsinin öldürülmə SƏBƏBİ üzə çıxdı
-
12:19Pensiyalar ötən ayın artımı ilə birlikdə veriləcək - ŞAD XƏBƏR
-
12:11Bakının məşhur şirniyyat evində iyrənc mənzərə - Vitrində siçovullar gəzir - VİDEO
-
10:50BDU-nun tələbəsi öldürüldü
-
10:49Sumqayıtdan Bakıya gələn sürət qatarı 42 yaşlı qadını vurub öldürdü
-
17:47Abel Məhərrəmov xəstəxanaya yerləşdirildi
-
17:14Azərbaycanda qrip virusu ilə bağlı son vəziyyət açıqlandı
-
16:23“Hər ikisi çılpaq vəziyyətdə idi...” - Oteldəki qətlin detalları
-
16:22Röyanın oğlu Hüseyn "102"-yə müraciət etdi
-
14:42“Jara-2019”da çıxış edəcək məşhurların adları açıqlandı
-
13:08Anar Nağılbazın qızından ürək dağlayan SÖZLƏR - VİDEO
-
10:04Üç gün sonra əsgərliyə getməli olan gənci öldürənə ağır cəza
-
10:03Bakı MDB-nin ən romantik şəhərləri sırasında
-
17:53İlham Əliyev general rütbələri verdi
-
17:51Bakıda ilk dəfə xəstəyə süni ürək qoyulub - VİDEO
-
17:50Azərbaycanda koksaki virusu yayılıb? - AÇIQLAMA
-
17:33Ürəkdağlayan an Ölüm anlarını mobil telefona çəkdilər/ FOTOLAR- VİDEO
-
17:07"Öz milli sosial şəbəkəmizi yaradıb, digər sosial şəbəkələri bağlamalıyıq" — Deputatdan ilginc açıqlama
-
17:02Minanın sinə dekoltesi tənqid edildi
-
16:59Bakıda dəm qazından zəhərlənmə - ana öldü, qızın vəziyyəti ağırdır
-
16:59Mübarizin portreti erməni səfirliyində asıldı
-
14:46Bakıda suçiçəyinə bənzər virus yayıldı
-
14:38Azərbaycanda qadın yol polisinin postunda övlad dünyaya gətirdi - VİDEO
-
11:16Bakıda piyadanı vurub qaçan sürücü tutuldu
-
11:15Sumqayıt-Bakı qatarı bu gün yola düşmədi - SƏBƏB
-
16:07Fazil Məmmədovun ölüm xəbəri yalan çıxdı
-
14:34Azərbaycanda məktəbdə biabırçılıq - Direktorla valideyn saçyolduya çıxdı - VİDEO
-
14:32“Bakubus”a məxsus avtobuslar 3 piyadanı vurdu - biri öldü, ikisi xəsarət aldı
-
14:27Bakıda marketin qarşısında 50-55 yaşlı kişinin meyiti tapıldı
-
14:26Zəlzələdə evi dağılanlar üçün mənzil kirayələndi
-
14:24Sosial şəbəkədə “tutduğu” qadını girov saxladı, dəfələrlə zorladı – Bakıda şok hadisə
-
14:23Azərbaycanda əməliyyat – 150 nəfər saxlanıldı
-
14:15Rəqsanədən Xatunun barışıq jestinə cavab - "Gərək üz qoyaydın..."
-
11:08Bu meyvədən çox yeyirsinizsə təcili əməliyyat oluna bilərsiniz
-
11:05Balakəndə qardaşlar qəzaya düşdü - ölən var
-
11:04Bakıda dönər evində gənc özünü doğradı - VİDEO
-
17:37Bu iyrənc yerdə hazırlanan süd məhsulları almayın
-
17:36Virusdan öldüyü deyilən tələbə qızın bacısı danışdı - VİDEO
-
16:50İş adamı şəhid qızını vurub öldürən oğluna görə rüşvət verib - 52 min
-
16:48Donuz qripindan öldüyü deyilən tələbənin həkimi - DANIŞDI
-
16:47Heydər Əliyev Fondu Ağakərimin müalicəsini üzərinə götürdü