Həbsxanada qiyam: 21 ölü

Həbsxanada qiyam: 21 ölü

Braziliyanın Para əyalətindəki bir həbsxanada qiyam qalxıb.

XƏBƏRÇİ.AZ xəbər verir ki, bir qrup məhkum silahlı şəxslərin köməyilə həbsxanadan qaçmağa cəhd edib.

Bu zaman məhbuslarla təhlükəsizlik qüvvələri arasında atışma baş verib. Atışmada 21 nəfər ölüb.

Para əyaləti Təhlükəsizlik və Sosial Müdafiə Katibliyi açıqlama yayaraq bildirib ki, bir qrup şəxs Sant İzabel həbsxanasının divarlarını partlayıcılarla uçuraraq məhkumların qaçmasını təmin etmək istəyib.

Atışmada ölənlərdən biri nəzarətçidir. Daha beş nəzarətçinin vəziyyəti ağırdır və onlar bölgədəki xəstəxanalara yerləşdiriliblər.

 

oxu.az


loading...