Türkiyədə sevgilisini bıçaqlayan Aysel hakim qarşısında

Türkiyədə sevgilisini bıçaqlayan Aysel hakim qarşısında

Türkiyənin Konya şəhərində sevgilisini 7 bıçaq zərbəsi ilə qətlə yetirən azərbaycanlı Aysel.E-nin məhkəməsi başlayıb. 

XƏBƏRÇİ.AZ xəbər verir ki, prosesdə ifadə verən Aysel özünü müdafiə edərək sevgilisini 6 aylıq körpəsini boğub öldürdüyü üçün bıçaqladığını deyib.

Şahidlərin ifadəsi alındıqdan sonra məhkəmə iclası təxirə salınıb.

Xatırladaq ki, hadisə keçən il dekabrın 1-də azərbaycanlı qadının 9 aylıq körpəsini xəstəxanaya aparması ilə başlayıb. Belə ki, xəstəxanada həkimlər körpədə boğulma əlamətləri aşkar edib. Daha sonra həkimlər anaya uşağın beyninə oksigen getmədiyi üçün kritik vəziyyətə düşdüyünü deyib.

Bundan sonra Aysel küçəyə çıxaraq, avtomobildə Ümid Gökerlə mübahisə etməyə başlayıb. Mübahisə zamanı qadın çantasından bıçağı çıxararaq onu vurmaq istəyib. Ümid Göker bunu görərək, maşından düşüb və qaçmağa başlayıb. Lakin qadın onu 50 metrə yaxın qovaladıqdan sonra yaxalayıb və bıçaqla 7 zərbə endirib. Göker aldığı xəsarətlərdən ölüb. Polis qısa vaxt ərzində azərbaycanlı qadını saxlayıb. Qadın jurnalistlərin “niyə öldürdün?” sualına cavab olaraq deyib ki, sevgilisi onun körpəsinin ağzına yastıq basaraq öldürməyə çalışıb: “Həkimlər dedilər ki, uşaq boğulub, nəticədə beyninə oksigen getməyib. Bu səbəbdən öldürdüm, peşmanam”.

Qeyd edək ki, Aysel bundan əvvəl evli olub və həmin evlilikdən uşağı dünyaya gəlib. Daha sonra ərindən boşanaraq, Ümid Gökerlə birgə yaşamağa başlayıb.

qafqazinfo


loading...