Azərbaycanda qəfildən ölən məktəbli bu tanınmışın oğlu imiş

Azərbaycanda qəfildən ölən məktəbli bu tanınmışın oğlu imiş

Lənkəranda məktəblinin qəfil ölümünün bəzi təfərrüatları məlum olub.

XƏBƏRÇİ.AZ  xəbər verir ki, bu gün günorta saatlarında Cəlilabad şəhər sakini, 2004-cü il təvəllüdlü Məmmədzadə Fərahim Fərhad oğlu avtomobillə Lənkəran şəhərinə gələn zaman qəfil halı pisləşib.

Məktəbli dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


İlkin məlumata görə, o, ürəktutmasından vəfat edib. Lakin bildirilir ki, F.Məmmədzadənin bu vaxta qədər səhhətindən heç bir problemi olmayıb.

Qeyd edək ki, mərhumun atası Cəlilabad rayonunun tanınmış həkimidir.

Mərhum Lənkəranda fəaliyyət göstərən "İstək" Liseyinin 8-ci sinif şagirdi olub və sabah dərslərin başlaması ilə əlaqadar ora gedirmiş.

Faktla bağlı araşdırmalar davam etdirilir.

report.az


loading...