Hicab taxmağı qəbul etməyən sevgilisini öldürdü - 18 yaşlı gəncdən DƏHŞƏTLİ QƏTL

Hicab taxmağı qəbul etməyən sevgilisini öldürdü - 18 yaşlı gəncdən DƏHŞƏTLİ QƏTL

Almaniyada yaşayan 18 yaşlı Ahmed G. adlı gənc alman sevgilisini İslamı qəbul etmədiyi üçün öldürüb.  

Xəbərçi.az məlumat verir ki, 18 yaşlı Mireille B. adlı qızın başörtüyü taxmadığı və İslama keçməyi rədd etdiyi üçün öldürən gəncin istintaq prosesi davam edir.   Afgan Ahmed G. Almaniyanın Flensburq şəhərində saxlanılıb. Qatilin deportasiya edilməsi də variantlar arasındadır.  

Öldürülən qızın rəfiqəsi açıqlamasında, "Ahmed daim ona nəzarət etmək istəyən qısqanc bir şəxs idi. Mireilleni İslama keçməyi və hicab taxmağa məcbur edirdi. Nə vaxt Ahmedin yanına başı açıq gedirdisə, mübahisələri düşürdü" deyib.  

Ahmed G.-nin Almaniyada yalnız yaşadığı deyilir. Almaniyaya qanunsuz miqrant olaraq gəlibmiş. (milli.az)  

 


loading...