Nazirlik ölümlə nəticələnən dəhşətli qəza ilə bağlı məlumat yaydı

Nazirlik ölümlə nəticələnən dəhşətli qəza ilə bağlı məlumat yaydı Daxili İşlər Nazirliyi Sumqayıtda baş verən yol qəzası ilə bağlı məlumat yayıb.   Xeberci.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, martın 12-də saat 02.00 radələrində Sumqayıt şəhərinin Koroğlu küçəsində Qubadlı rayon sakini Şamil Həsənovun idarə etdiyi "Hyundai” və şəhər sakini Eldar Həsənovun idarə etdiyi "OKA” markalı avtomobillər toqquşub.   Nəticədə E.Həsənov və sərnişini, həmyerlisi Vüsal Quliyev hadisə yerində ölüblər.
loading...