"Görücü üsulu" ilə evləndiyi arvadını 9 yerindən bıçaqladı - AİLƏ FACİƏSİ

"Görücü üsulu" ilə evləndiyi arvadını 9 yerindən bıçaqladı - AİLƏ FACİƏSİ Adanada 37 yaşlı Serkan Taciroğlu həyat yoldaşı Dilek Taciroğlunu 9 yerindən bıçaqlayıb.   BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Seyhan vilayəti, Bakımyurdu küçəsində yaşanıb.   Serkan 10 il öncə "görücü üsulu" ilə evləndiyi xanımını münaqişə zəminində yaralayıb. Həyat yoldaşı övladının ölümündən sonra içki və narkotikə başlayan Serkandan 5 ay öncə ayrılmaq qərarına gəlib.   Evi tərk edərək ailəsinin yanına dönən Dilek küçdə Serkanla qarşılaşıb. "Bura sənə məzar olacaq" deyə qışqıran Serkan arvadını bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.   Dilek xəstəxanaya çatdırılıb. Serkan isə hadisədən 9 gün sonra həbs edilib.
loading...