Bakıda DƏHŞƏTLİ QƏTL: qadını doğrayıb, zibil qutusuna atdılar (YENİLƏNDİ)

Bakıda DƏHŞƏTLİ QƏTL: qadını doğrayıb, zibil qutusuna atdılar (YENİLƏNDİ)

Bakı sakinləri bu gün səhər dəhşətli mənzərə ilə üzləşiblər. Onlar zibil qutusunda hissələrə parçalanmış qadın cəsədi aşkarlayıblar.

Qadının parçalanmış cəsədi bu gün səhər Bakının Binəqədi rayonu ərazisindəki 8-ci mikrorayonda tapılıb. Xəbərçi.az məlumat verir ki, bu barədə Sputnik Azərbaycan-a Binəqədi Rayon Polis İdarəsindən məlumat verilib.

Məlum olub ki, sellafon torbaya yığılmış qadın bədəninin hissələri bu gün səhər saat 08:00 radələrində zibil qutusunda aşkarlanıb. Hazırda hadisə yerində istintaq-əməliyyat qrupu işləyir, rayonun polis və prokurorluq orqanlarının nümayəndələri ora toplaşıb.

İlkin məlumatlara görə, qadın 30-40 yaşlarındadır. Hazırda hüquq mühafizəçiləri qadının şəxsiyyətini araşdırmaqla məşğuldur. Ehtimala görə, qadın mənzillərin birində öldürülüb. Qatil şübhə doğurmamaq üçün meyiti hissələrə ayıraraq torbalara yığıb və zibil qutusuna atıb.

Xatırladaq ki, 2013-cü ilin martında Binəqədi Rayon Polis İdarəsinin 4-cü bölməsinin ərazisində qara sellafon torbada qətlə yetirilmiş qızın cəsədinin qalıqları tapılmışdı. O vaxt hissələrə parçalanmış cəsəd zibillikdə aşkarlanmışdı.

Yeri gəlmişkən, üstündən beş il keçməsinə baxmayaraq, həmin cinayətin üstü açılmayıb. Hətta cinayətin qurbanının da şəxsiyyəti müəyyənləşməyib.

Sonuncu qətl hadisəsinə gəlincə, polisin ehtimalına görə, qadın qısqanclıq zəminində öldürülüb.

----------

Bakının Binəqədi rayonu ərazisində dəhşətli qətl hadisəsi baş verib.

Xəbərçi.az bildirir ki, milli.az-a daxil olan məlumata görə, orta yaşlarında kişi rayonun 8-ci mikrorayonunda yerləşən "16 mərtəbələr" adlanan ərazisində amansızcasına qətlə yetirilib.

Kişinin doğranmış cəsədi sözügedən ərazidəki zibil qutusunun içindən tapılıb.

Binəqədi RPİ və DİN-lə əlaqə saxlasaq da, bu barədə dəqiq cavab almaq mümkün olmayıb.

Xəbər dəqiqləşdirilir...


loading...