Bakıda gənc oğlan özünü bıçaqladı

Bakıda gənc oğlan özünü bıçaqladı

Bakının Qaradağ rayonunda intihara cəhd hadisəsi baş verib.

Xəbərçi.az məlumat verir ki, hadisə Qızıldaş qəsəbəsində qeydə alınıb.

1991-ci il təvəllüdlü Baloğlanov Elçin Tofiq oğlu bıçaq xəsarətləri alaraq, 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Yaralıya ilkin tibbi yardım göstərildikdən sonra o, hüquq-mühafizə orqanının əməkdaşlarına özü özünü bıçaqladığını bildirib.

Buna baxmayaraq, polis hadisənin təfərüatlarını araşdırır.


loading...