Ər arvadını, nəvə nənəsini öldürdü - ABŞERONDA

Ər arvadını, nəvə nənəsini öldürdü - ABŞERONDA

Abşeronda iki qətl törədilib.

Xəbərçi.az-ın məlumatına görə, hadisələrdən biri Xırdalan şəhərində, digəri isə Saray qəsəbəsində qeydə alınıb. 

Xırdalan şəhərində ər qısqanclıq zəminində həyat yoldaşını qətlə yetirib. Saray qəsəbəsində isə nəvə nənəsini öldürüb. 

Hər iki qətli törədən şəxslər tutulub. 

Faktlarla bağlı Abşeron rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq gedir. 


loading...