Nişan günü intihar edən qızın sevgilisi DANIŞDI - TƏFƏRRÜAT - VİDEO

Nişan günü intihar edən qızın sevgilisi DANIŞDI - TƏFƏRRÜAT - VİDEO

Qaxda baş verən intihar hadisəsinin təfərrüatları məlum olub.  

Xəbərçi.az məlumat verir ki, hadisə rayonun Ağyazı kəndində qeydə alınıb. "Hadisə harada - Tahirə orada" verilişi həmin kənddə olub.   Kənd sakini, 19 yaşlı Sürəyya Əhməd qızı Əbdürrəhmanovanın meyiti yaşadığı evin həyətində yerləşən tövlədə asılmış vəziyyətdə aşkar edilib. Onun özünə qəsd etməsinin səbəbləri hələ də məlum deyil.  

Məlumata görə, S. Əbdürrəhmanovanın intihar etdiyi gün nişanı olacaqmış.  

Faktla bağlı Qax rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


loading...