Külli miqdarda dələduzluqda təqsirləndirilən həkim məhkəmə zalından azadlığa buraxıldı

Külli miqdarda dələduzluqda təqsirləndirilən həkim məhkəmə zalından azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən həkim-kardioloq Azər Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəbərçi.az apa-ya istinadən məlumat verir ki, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, A.Məmmədov barəsində 2 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və o, məhkəmə iclas zalından azadlığa buraxılıb.

Qeyd edək ki, A.Məmmədov Sumqayıtda yerləşən klinikaların birində həkim-kardioloq işləyib. O, klinikaya yeni tibbi avadanlıqlar gətirmək adı ilə iş adamlarına qarşı ümumilikdə 60 min manatdan çox dələduzluq etməkdə təqsirləndirilir.


loading...