Bakıda gənc qadın əri tərəfindən bıçaqlandı

Bakıda gənc qadın əri tərəfindən bıçaqlandı

Paytaxtın Sabunçu rayonunda gənc qadın əri tərəfindən bıçaqlanıb.

Xəbərçi.az-ın report-a istinadən məlumatına görə, Pirşağı qəsəbəsində yerləşən 2 saylı "Zeytun sovxozu” ərazisində yaşayan 1992-ci il təvəllüdlü Ağakişiyeva Xanım Əli qızı həyat yoldaşı ilə mübahisə edib. Nəticədə X.Ağakişiyeva kürək nahiyəsindən bıçaqlanıb.

Qadın xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.


loading...